Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib
Azərbaycanda Milli Məclis Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibinin formalaşdırılması ilə bağlı qərar layihəsini qəbul edib.
Səsvermənin nəticələrinə əsasən, qərar 103 səs lehinə, 1 səs əleyhinə olmaqla, 1 bitərəf səs fonunda qəbul edilib.
Qərara əsasən, Mərkəzi Seçki Komissiyası-nın üzvləri və əvəzedici üzvləri yeni siyahı üzrə təsdiqlənib.
MSK üzvləri sırasına Yeni Azərbaycan Partiyasının və Milli Məclisdə azlıqda təmsil olunan siyasi qüvvələrin təqdim etdiyi namizədlər daxil edilib.
Təsdiqlənən üzvlər arasında Sevinc Abdullayeva, Fuad Cavadov, Bəxşeyiş Əsgərov, Nailə Əsgərova, Tofiq Həsənov, Elçin Xələfov, Ramiz İbrahimov, Rövzət Qasımov, Almas Qəhramanlı, Etibar Quliyev və digər şəxslər yer alır.
MSK-nın əvəzedici üzvləri kimi Aysel Cəlilova, Züriyə Qarayeva və Elnarə Mustafayeva təsdiqlənib. Qanunvericiliyə əsasən, Azərbaycanda seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. MSK-nın əvvəlki tərkibi 2021-ci il aprelin 27-də formalaşdırılmışdı.
Gülnar Nazimqızı