Image

Milli Məclis 2026-cı ildə Bakıda keçiriləcək WUF13 üzrə BMT sazişini təsdiqləyib

Milli Məclis 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) təşkilinə dair BMT ilə sazişi ratifikasiya edib.

Parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan hökuməti arasında imzalanmış əlavə saziş təsdiqlənib.

Sənəd 2026-cı il yanvarın 15-də Cenevrədə imzalanıb və 2026-cı ildə Bakıda keçiriləcək forumun təşkilati və maliyyə çərçivəsini müəyyən edir.

Qərara əsasən, Ümumdünya Şəhərsalma Forumu 13 (WUF13) 17–22 may 2026-cı il tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək.

Sazişdə təhlükəsizlik tədbirləri, maliyyə öhdəlikləri, iştirakçıların statusu, xidmətlər, yerləşdirmə, telekommunikasiya və digər təşkilati məsələlər əhatə olunur.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Ümumdünya Şəhərsalma Forumu BMT-nin məskunlaşma və şəhərsalma siyasəti üzrə ən iri qlobal platformalarından biridir və üzv ölkələrdə dayanıqlı şəhər inkişafı məsələlərini müzakirə edir.

Gülnar Nazimqızı 

Xəbər lenti