Image

Özəl lizinq şirkətlərinin bazardakı payı aşağıdır - deputat

Azərbaycanda lizinq əsasən kənd təsərrüfatı sektorunda tətbiq olunsa da, beynəlxalq təcrübədə bu alət sənaye, logistika, tikinti və səhiyyə kimi müxtəlif sahələri də əhatə edir. Bunu deputat Zahid Oruc Milli Məclisdə çıxışı zamanı deyib. 

O əlavə edib ki, özəl lizinq şirkətlərinin bazardakı payı aşağıdır və rəqabət mühiti hələ də tam formalaşmayıb.

Zahid Oruc həmçinin lizinqə çıxış imkanlarında regionlar və kiçik sahibkarlar arasında fərqlərin mövcudluğunu, eləcə də maarifləndirmə çatışmazlığını vurğulayıb.

Deputatın sözlərinə görə, qanunun səmərəliliyini artırmaq üçün vergi təşviqləri, rəqəmsal lizinq platformaları, sadələşdirilmiş prosedurlar və zəmanət mexanizmlərinin tətbiqi vacibdir.

O qeyd edib ki, qanun layihəsi ümumilikdə investisiya mühitinin yaxşılaşdırılması və iqtisadi artımın stimullaşdırılması baxımından əhəmiyyət daşıyır.

Gülnar Nazimqızı 

Xəbər lenti