Image

Azərbaycanda dövlət xəttilə ipoteka krediti götürənlərin sayı 58 mini keçib

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 58 048 borcalana 3 milyard 879,996 milyon manat kredit verib. Bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 9 308 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

İKZF 2017-ci ilin sonunda "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Xəbər lenti

Türkiyədə zəlzələ olub

Putin Əraqçini qəbul edib