Image

Dünyanın ən xoşbəxt 10 ölkəsi AÇIQLANDI - Azərbaycan da siyahıda yer alıb

"Dünyanın ən xoşbəxt ölkələri 2024" (World Happiness Report 2024) hesabatı dərc edili.  ABŞ-da martın 20-də qeyd olunan Milli Xoşbəxtlik Günü ərəfəsində "Dünyanın ən xoşbəxt ölkələri 2024" (World Happiness Report 2024) hesabatı dərc edilib. Gundem.az xəbər verir ki, hesabatı Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsi (SDSN) qlobal sorğu məlumatlarından istifadə edərək hazırlayıb. 143 ölkədə yaşayan insanların sorğusu əsasında hazırlanan hesabata görə, dünyanın ən xoşbəxt və ən bədbəxt ölkələri aşağıdakılardır: 1. Finlandiya Finlandiya bu il də lider mövqeyini qoruyub və “ən xoşbəxt ölkə” olub. Finlandiya ardıcıl 7-ci dəfə "dünyanın ən xoşbəxt ölkəsi" seçilib. 2. Danimarka 3. İslandiya 4. İsveç 5. İsrail 6. Hollandiya 7. Norveç 8. Lüksemburq 9. İsveçrə 10. Avstraliya Siyahıya Çexiya (18), Litva (19) və Sloveniya (21) kimi ölkələr daxil olmaqla, ABŞ ilk 20-likdən geriləyərək 23-cü yerdə qərarlaşıb. Ən bədbəxt ölkələr Ən bədbəxt ölkələr Əfqanıstan, Livan, Lesotho, Sierra Leone və Konqo seçilib. Azərbaycan bu il siyahıda 101-ci yerdə qərarlaşıb. Azərbaycan 2023-cü ildə siyahıda yer almamışdı. Bizim.Media

Mənbə: gundem.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb