Image

Birinci rübdə işğaldan azad edilmiş ərazilərdə 268 layihə icra edib

2026-cı ilin I rübündə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 268 layihə icra edilib. bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bu layihələrin icrasına 386,2 milyon manat xərclənib ki, bu da faktiki ayırmaların 11 %-ni təşkil edib.

3 ayda Qarabağ və Şərqi Zəngəzurda icra edilmiş layihələrin 41-i nəqliyyat, 15-i su təsərüffatı və meliorasiya, 6-sı energetika və sənaye, 19-u müdafiə və hüquq-mühafizə, 171-i sosial, 16-sı isə sair layihələr olub.

Hesabat dövründə nəqliyyat sektoru layihələrinin icrasına 185 milyon manat (icra 17,6 %), sosial layihələrin icrasına 153 milyon manat (9 %), müdafiə və hüquq-mühafizə layihələrinin icrasına 26,3 milyon manat (18,3 %), sair layihələrin icrasına 21,9 milyon manat (9 %) vəsait xərclənib.

Su təsərüffatı və meliorasiya, eləcə də energetika layihələrinin icrasına vəsait ayrılmayıb.

Xəbər lenti