Image

Şahin Bağırov rəsmiləşməyən mallarla bağlı məsələyə aydınlıq gətirib

Gömrükdə illərlə qalan mallar mövcuddur və bu, gömrük orqanları üçün əlavə xərclər yaradır. Bunu Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib.

Onun sözlərinə görə, yeni qanunla bu məsələ tənzimlənəcək.

“Altı ay müddətində gömrükdə qalan mallar bu müddətdən sonra rəsmiləşdirilməzsə, məhkəməyə müraciət olunacaq. Məhkəmənin çıxaracağı qərara uyğun olaraq müvafiq addımlar atılacaq”, –  o qeyd edib.

Yeni təklif olunan qanuna görə gömrük sərhədini keçdiyi tarixdən etibarən 6 ay ərzində rəsmiləşdirilməyən və ya rəsmiləşdirilməsi tamamlanmayan mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək.

Gülnar Nazimqızı 

Xəbər lenti