Image

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında Azərbaycanın əsas ixrac markası olan Azeri Light neftinin qiyməti kəskin artaraq bir barel üçün 122,32 ABŞ dollarına çatıb.

Məlumatlara görə, qiymət gün ərzində 6,43 dollar və ya 5,55% artım göstərib. Eyni zamanda, Brent crude markalı neftin iyun fyuçersləri 122,94 dollar səviyyəsində formalaşıb.

Türkiyənin Ceyhan limanı üzrə FOB bazasında “Azeri Light” neftinin qiyməti də artaraq 119,02 dollar olub ki, bu da 6,33 dollar və ya 5,62% yüksəliş deməkdir.

Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 dollar götürüldüyündən, mövcud səviyyə proqnozu əhəmiyyətli dərəcədə üstələyir.

Tarixi göstəricilərə görə, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelində 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.

Bu marka neft Azəri-Çıraq-Günəşli yataqlar blokunda hasil edilir və layihədə SOCAR-ın payı 31,65% təşkil edir.

Xəbər lenti

Baş nazir qərar imzalayıb

Azərbaycan nefti bahalaşıb