Image

"Azərkosmos"un ixrac gəlirləri açıqlanıb

2026-cı ilin yanvar-martında  Kosmik Agentlik ("Azərkosmos") 4,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu da  ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda qeyd olunub.

Cari ilin üç ayında peyk telekommunikasiya xidmətlərini 32 ölkədən 90-a yaxın şirkət idxal edib. 

Əsas ixrac istiqamətləri Böyük Britaniya (1,1 milyon ABŞ dolları), Lüksemburq (809,1 min ABŞ dolları), Türkiyə (271,4 min ABŞ dolları), Pakistan (261,1 min ABŞ dolları) və İsveç (187,2 min ABŞ dolları) olub.

Hesabat dövründə "Azərkosmos"un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı isə 65 %-dən 64 %-ə düşüb.

Aytac

 

Xəbər lenti

Baş nazir qərar imzalayıb

Azərbaycan nefti bahalaşıb