Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini şərh edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Ermənistan baş nazir müavinlərinin qarşılıqlı səfərlərini sülh prosesində mühüm mərhələ kimi qiymətləndirib.
Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib ki, Şahin Mustafayev və Mher Qriqoryanın qarşılıqlı səfərləri “tarixi sülh prosesinin institusional məntiqinin bir hissəsidir”.
“Bu mərhələyə çatdığımız üçün çox xoşbəxtəm”, - o qeyd edib.
Paşinyan əlavə edib ki, iki ölkə arasında münasibətlər davamlı şəkildə yaxşılaşdırılmalı, sülh isə mərhələli şəkildə möhkəmləndirilməlidir. Onun sözlərinə görə, uzunmüddətli perspektivdə normal və strateji qonşuluq münasibətlərinin qurulması əsas hədəfdir.
Aprelin 9-da Mher Qriqoryan və Şahin Mustafayevın həmsədrliyi ilə sərhəd demarkasiyası üzrə komissiyaların 13-cü iclası keçirilib. Bundan əvvəlki görüş isə Azərbaycanda baş tutmuşdu.
Gülnar