Tramp Nobel Sülh Mükafatına namizəd ola bilər
ABŞ Prezidenti Donald Trampın adı 2026-cı il Nobel Sülh Mükafatı namizədləri siyahısına daxil edilə bilər.Bu barədə Norveç Nobel Komitəsinin katibi Kristian Berq Harpviken “Reuters”ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu il ümumilikdə 287 namizəd nəzərdən keçirilir. Onlardan 208-i fərdi şəxslər, 79-u isə təşkilatlardır.
Harpviken qeyd edib ki, əvvəlki illərlə müqayisədə siyahıda xeyli sayda yeni adlar yer alıb.