Image

Mərkəzi Bank 2026-cı il üzrə ÜDM artımı proqnozunu 1,1 %-ə endirib

Mərkəzi Bank 2026-cı ildə Azərbaycanda ÜDM artımının 1,1 %, 2027-ci ildə isə 3,2 % səviyyəsində olacağını proqnozlaşdırır. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib. Əvvəlki proqnoza əsasən, 2026-cı ildə ÜDM artımı 2,9 %, 2027-ci ildə isə 3,3 % səviyyəsində gözlənilirdi. Kazımovun sözlərinə görə, qeyri-neft-qaz sektoru üzrə artımın 2026-cı ildə 3,2 %, 2027-ci ildə isə 4,7 % olacağı proqnozlaşdırılır. Əvvəlki proqnozda inflyasiyanın 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % səviyyəsində olacağı bildirilmişdi. Kazımov qeyd edib ki, iqtisadi artıma daxili tələbin və qeyri-neft sektorundakı aktivliyin dəstək verəcəyi gözlənilir. N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb