Rusiya Ukraynaya kütləvi dron zərbəsi endirib
Rusiya ordusu Ukraynaya qarşı uzaqmənzilli silahlar və pilotsuz uçuş aparatlarından istifadə etməklə genişmiqyaslı hücum həyata keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.Nazirliyin açıqlamasında qeyd olunub ki, hücum Ukraynanın zərbələrinə cavab xarakteri daşıyıb. Bildirilir ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın müdafiə sənayesi müəssisələrini, hərbi aerodromları, həmçinin ordunun istifadə etdiyi yanacaq və nəqliyyat infrastrukturu obyektlərini uzaqmənzilli yüksək dəqiqlikli silahlar və hücum dronları ilə vurub.
Məlumata görə, əməliyyat zamanı təxminən 1500 pilotsuz uçuş aparatı, eləcə də “Kinjal”, “İsgəndər” və “X-101” tipli raketlər daxil olmaqla 50-dən çox raketdən istifadə olunub. Rusiya tərəfi hücumun məqsədinə çatdığını və nəzərdə tutulan bütün hədəflərin məhv edildiyini bildirib.
Hücumlar əsasən Kiyev, Xarkov, Odessa vilayətində yerləşən Çornomorsk limanı və digər bir neçə bölgəni əhatə edib.
Aytac Zeynalova