Image

Azərbaycanda əcnəbilərə yaşama icazələri vəsiqələri elektron qaydada veriləcək

Azərbaycanda əcnəbilərə yaşama icazəsi vəsiqələrinin elektron qaydada təqdim olunması planlaşdırılır.Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Məlumata görə, mayın 14-də Dövlət Miqrasiya Xidmətində əcnəbi işçi qüvvəsini cəlb edən işəgötürənlərlə görüş keçirilib. Görüşdə əmək miqrasiyası və əcnəbi iş adamlarının fəaliyyəti ilə bağlı aktual məsələlər, yüksək ixtisaslı miqrantlarla bağlı qanunvericiliyə edilən dəyişikliklər, bu statusun əldə olunma mexanizmi və yaşama icazələrinin elektron qaydada təmin olunmasına dair yeniliklər müzakirə edilib.

Xəbər lenti

Kiyevdə matəm elan edilib