Image

Yeni tədris ilində məktəbli formalarının qiymətləri açıqlanıb

Yeni tədris ili ərəfəsində məktəbli formalarının qiymətləri açıqlanıb. Satıcıların sözlərinə görə, ötən tədris ili üçün müəyyənləşdirilən endirimli qiymətlər yeni mövsümdə də dəyişdirilməyib.

Bu barədə Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov iqtisadiyyat.az-a məlumat verib.

Onun sözlərinə görə, hazırda məktəbli formalarının bütün modelləri və ölçüləri satışdadır. Mağazalar gücləndirilmiş rejimdə fəaliyyət göstərir və kifayət qədər məhsul ehtiyatı var.

Əzimov bildirib ki, satış mərkəzlərindən alınan məktəbli formalarına bir il zəmanət verilir.

Məlumata görə, oğlan və qızlar üçün 26-54 ölçüdə qısaqol köynəklər 12 manat, uzunqol köynəklər 14 manat, şalvar və ətəklər 15 manatdır.

30-50 ölçüdə nazik jaketlər 20 manat, kapüşonlu jaketlər 25 manat, 26-54 ölçüdə qalın jaketlər isə 22 manat təşkil edir.

56, 58 və 60 ölçülü şalvar, ətək və köynəklərin qiymətinə isə əlavə parça sərfiyyatına görə 5 manat əlavə olunur.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 36 dərəcə isti olacaq