Image

Tufandağ buzlağının ekosistemində bir sıra dəyişikliklər qeydə alınıb

Tufandağ buzlağında növbəti monitorinq və tədqiqat işləri aparılıb. Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq, Tufandağ buzlağının vəziyyətinin qiymətləndirilməsi məqsədilə hər il mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Bu tədqiqatların nəticələri iqlim dəyişmələrinin regionun dağlıq ərazilərinə təsirlərinin qiymətləndirilməsi, mümkün risklərin müəyyənləşdirilməsi və müvafiq adaptasiya tədbirlərinin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.

2026-cı ilin 5–11 avqust tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən birgə həyata keçirilən ekspedisiya çərçivəsində Böyük Qafqazın şimal-şərq yamacında, Qusarçayın hövzəsində yerləşən Tufandağ buzlağında növbəti çöl tədqiqat işləri aparılıb. Aparılan monitorinq nəticələrinə əsasən demək olar ki, Tufandağ buzlağının ekosistemində bir sıra dəyişikliklər qeydə alınır. Müəyyən sahələrdə buzlaq səthinin qalınlaşması müşahidə edilsə də, buzlaq dilinin ötən illərlə müqayisədə geriyə çəkilməsi qeydə alınıb.

Tufandağ buzlağında müşahidə olunan dəyişikliklər Ümumdünya Meteorologiya Təşkilatının qlobal iqlim üzrə hesabatlarında əks olunan tendensiyalarla da uyğunluq təşkil edir.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 36 dərəcə isti olacaq