Image

Sabahdan bu zolaqlara girmək qadağandır

Bakıda Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları mayın 15-dən qüvvəyə minəcək.Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, forumun nəqliyyat təminatı ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində xüsusi hərəkət zolaqları təşkil olunub. Həmin ərazilərdə 5.9 nömrəli “ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq” yol nişanlarının quraşdırılmasına başlanılıb və nişanlarla işarələnən zolaqlar mayın 15-dən fəaliyyət göstərəcək.

Müvəqqəti xüsusi zolaqlar Heydər Əliyev prospekti–Aeroport şosesi, Abbasqulu ağa Bakıxanov, Yusif Səfərov, Mehdi Abbasov, Mikayıl Əliyev və Mikayıl Müşfiq küçələrini əhatə edir.

AYNA bildirib ki, qanunvericiliyə uyğun olaraq həmin zolaqlar avtobus zolaqları statusuna malik olacaq və qüvvədə olduğu müddətdə ora daxil olan digər nəqliyyat vasitələrinin sürücüləri cərimələnəcək.

Qeyd olunub ki, tədbir başa çatdıqdan sonra yol nişanları yığışdırılacaq və zolaqlardan yenidən bütün nəqliyyat vasitələri istifadə edə biləcək.

Xəbər lenti

Kiyevdə matəm elan edilib