Çin "Boeing"dən 200 təyyarə alacaq
Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ-nin “Boeing” şirkətindən 200 təyyarə alınması barədə razılığa gəlib.Bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.
Trampın sözlərinə görə, Pekinlə əldə olunan razılaşma 200 təyyarənin sifarişini nəzərdə tutur.
“Bu gün o, bir şeylə razılaşdı: 200 təyyarə sifariş edəcək. Bu, Boeing üçün çox vacib hadisədir. 200 böyük layihədir və bu, minlərlə iş yeri deməkdir. Boeing 150 təyyarə gözləyirdi, amma 200 aldı”, – Tramp deyib.
ABŞ prezidentinin sözlərinə görə, Çin lideri ilə görüş zamanı “Boeing” şirkətinin baş icraçı direktoru Kelli Ortberq də nümayəndə heyətində iştirak edib.