Image

Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Dünyanın ən hündür göydələni olan Dubaydakı Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.Bu barədə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki konsulluğu "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Hal-hazırda Dubay şəhərində dünyanın ən hündür göydələni olan Bürc Xəlifə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb", - paylaşımda bildirilib.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Faktiki hava açıqlanıb

Sabah yağış yağacaq