Image

Azərbaycan manatının nominal və real effektiv məzənnələri apreldə azalıb

Bu il mayın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,9 bənd təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bu, aylıq müqayisədə 1 bənd az, ilin əvvəli ilə müqayisədə 0,4 bənd çox, ötən ilin mayın 1-nə nisbətən 1,5 bənd azdır.

Aprelin sonuna manatın real effektiv məzənnəsi isə 115,3 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 2,4 bənd az, ilin əvvəli ilə müqayisədə 0,5 bənd az, ötən il mayın 1-nə nisbətən isə 3,3 bənd azdır

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Faktiki hava açıqlanıb

Sabah yağış yağacaq