Image

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 % artıb

Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 32 milyard 631,8 milyon manat təşkil edib.

Bu, aylıq müqayisədə 1 % çox, ilin əvvəli ilə müqayisədə 2,1 % çox, ötən il mayın 1-nə nisbətən isə 9,1 % çoxdur.

Kredit qoyuluşunun 22 milyard 440,7 milyon manatı və yaxud 68,8 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 8 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 8 milyard 168,5 milyon manat təşkil edib. Bu, illik müqayisədə 11,6 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,5 %-dən 25 %-ə çatıb.

Mayın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 2 milyard 22,6 milyon manat olub. Bu, illik müqayisədə 12,2 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 6 %-dən 6,2 %-ə qalxıb.

Azərbaycanda 21 bank fəaliyyət göstərir, onlardan 3-ü dövlət payına malikdir. BOKT-ların sayı isə 52-dir.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Faktiki hava açıqlanıb