Image

Hindistanda Rusiyanın qırıcıları istehsal oluna bilər

Hindistanda Rusiyanın "Su-57E" qırıcı təyyarəsinin istehsalına başlana bilər.

Bu barədə "RİA Novosti" agentliyi Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinə istinadən məlumat yayıb. "Rusiya Hindistanda “Su-57E” təyyarələrinin istehsalını təşkil etməyi təklif edir. Hazırda tərəfdaşlarla müvafiq məsləhətləşmələr aparılır", — deyə məlumatda bildirilir. Federal Hərbi-Texniki Əməkdaşlıq Xidməti qeyd edib ki, Rusiya-Hindistan əməkdaşlıq tarixi ərzində tərəfdaşlar geniş çeşiddə hərbi təyinatlı məhsulların istehsalını mənimsəyiblər.  Söhbət "Su-30MKI" təyyarələrindən, "T-90S" tanklarından və "AK-203" avtomatlarından gedir

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb