Image

Yaponiyada tayfun səbəbindən 300-ə yaxın uçuş ləğv edilib

Yaponiyanın Okinava prefekturasına tayfunun yaxınlaşması səbəbindən azı 290 aviareys ləğv edilib.Bu barədə NHK televiziya kanalı məlumat yayıb.

Məlumata görə, ləğv olunan reyslərin 31 may - 2 iyun tarixlərində Okinavaya enməsi və ya oradan yola düşməsi planlaşdırılırdı.

Yaponiya Meteorologiya Agentliyi bildirib ki, tayfun hazırda Okinavanın cənubunda yerləşir və şimala doğru hərəkət edir. Sinoptiklərin proqnozuna görə, hava sistemi iyunun 1-də Amami adalarına, bir gün sonra isə Okinava prefekturasının əsas adasına çata bilər.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb