Image

Bu ölkənin səmasında meteorit partlayıb

ABŞ-nin Yeni İngiltərə bölgəsinin bəzi hissələri üzərində parlaq meteorit atmosferin yuxarı qatlarında parçalandıqdan sonra güclü partlayış səsinə səbəb olub.Bu barədə "Reuters" məlumat yayıb.

NASA-nın açıqlamasına görə, hadisə mayın 31-də yerli vaxtla saat 14:06 radələrində baş verib. Meteorit şahidlərin müşahidələri və NOAA-nın GOES-19 peyki vasitəsilə qeydə alınıb.

Məlumata əsasən, meteorit Massaçusets ştatının şimal-şərqi və Nyu-Hempşir ştatının cənub-şərqi üzərində təxminən 64 kilometr yüksəklikdə parçalanıb.

NASA partlayış zamanı ayrılan enerjinin təxminən 300 ton TNT ekvivalentinə bərabər olduğunu bildirib.

Agentlik qeyd edib ki, meteorlar səs sürətini aşaraq atmosferdə hərəkət etdikləri üçün təzyiq dalğaları yaradır və bu da yer səthində güclü partlayış səsi kimi eşidilə bilər.

Mənbə: anews.az

Xəbər lenti