SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub
İsrail ordusu bazar günü Suriyanın cənubundakı Quneytra vilayətində yerləşən Seydə əl-Qolan kəndi ilə Məzrəət əl-Bəsəli arasındakı əraziyə daxil olaraq müvəqqəti yoxlama-buraxılış məntəqəsi qurub, daha sonra isə geri çəkilib.Bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA yerli mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, iki hərbi nəqliyyat vasitəsindən ibarət İsrail qüvvəsi əraziyə daxil olub və yoldan keçən şəxsləri yoxlayıb. Əməliyyatdan sonra hərbçilər bölgəni tərk ediblər.
Mənbələrin bildirdiyinə görə, İsrail ordusu eyni zamanda dörd hərbi maşınla Dəra vilayətinin kəndlərindən birinə daxil olaraq oxşar yoxlama tədbirləri həyata keçirib.
Yerli mənbələr həmin maşınlarda təxminən 150 hərbçinin olduğunu qeyd edib. Onların sözlərinə görə, qurulan məntəqələrdə hər hansı şəxsin saxlanılması və ya həbs olunması barədə məlumat yoxdur.
Mənbə: anews.az