Image

Livan Baş naziri İsraili atəşkəsə çağırıb

Livanın Baş naziri Nəvaf Salam İsrail ordusunun Bofor qalasını nəzarətə götürməsindən sonra İsrailin hərbi əməliyyatlarını tənqid edərək təcili atəşkəsə çağırıb.

“Al Jazeera”nın məlumatına görə, Salam bildirib ki, Livanın cənubunda davam edən hava və quru əməliyyatları regionda gərginliyi artırır və sabitliyə təhdid yaradır.

Onun sözlərinə görə, İsrailin hərəkətləri Livanın suverenliyinin pozulması ilə yanaşı, mülki əhaliyə mənfi təsir göstərir.

“Şəhər və qəsəbələrdə yaşayış və infrastruktur obyektləri zərər görür, sakinlər isə evlərini tərk etməyə məcbur qalırlar. Bu, beynəlxalq normalara ziddir. Livan öz ərazisinin regional münaqişələrin meydanına çevrilməsinə imkan verməyəcək”, - baş nazir qeyd edib.

Bəyanat İsrail ordusunun Qolani və Givati briqadalarının iştirakı ilə həyata keçirdiyi əməliyyat nəticəsində Litani çayını keçərək XII əsrə aid Bofor qalasını nəzarətə götürməsi fonunda səsləndirilib.

Məlumatlara görə, bu əməliyyat İsrail ordusunun son 26 ildə Livan ərazisinə ən dərin müdaxilələrindən biri hesab olunur.

Mənbə: anews.az

Xəbər lenti