Tramp ABŞ-nin Türkiyədəki səfirini özünün Suriya və İraq üzrə xüsusi nümayəndəsi təyin edib
ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Türkiyədəki səfiri Tom Barrakı Suriya və İraq üzrə xüsusi nümayəndə təyin edib.
Tramp bu barədə "Truth Social" platformasında paylaşım edib.
Onun sözlərinə görə, Barrak Türkiyədəki səfir vəzifəsini də qoruyub saxlayacaq.
"Tom Barrak görkəmli iş görüb və biz Suriya və İraq hökumətləri ilə strateji əməkdaşlığımızı inkişaf etdirdiyimiz bir vaxtda o, Suriya və İraq üzrə xüsusi nümayəndə vəzifəsini icra edəcək", - Tramp bildirib.
ABŞ lideri qeyd edib ki, Barrak yeni vəzifəsində ABŞ Dövlət Departamentinin tam dəstəyi ilə fəaliyyət göstərəcək.
Mənbə: anews.az