Image

Ebola virusuna yoluxma hallarının sayı 280-i keçib

Konqo Demokratik Respublikasında ebola virusuna 282 yoluxma halı təsdiqlənib. Bu barədə rəqəmləri Konqonun Səhiyyə Nazirliyi təqdim edib.

Məlumata əsasən, epidemiya əvvəlki kimi, əsasən, İturi əyalətini əhatə edir ki, burada ölkə üzrə təsdiqlənmiş 282 haldan 264-ü qeydə alınıb. Şimali Kivu əyalətində 15 yoluxma halı aşkarlanıb, daha üç hal isə Cənubi Kivu əyalətində müəyyən edilib.

Ümumilikdə virusdan 42 nəfər dünyasını dəyişib, 238 pasiyentin müalicəsi davam edir, həmçinin iki tam sağalma halı qeydə alınıb.

Konqo rəhbərliyi mayın 15-də rəsmi olaraq ebola qızdırması epidemiyasının başladığını elan edib. Xəstəliyə səbəb ilk dəfə 2007-ci ildə Uqanda ərazisində müəyyən edilmiş "Bundibugyo" ştamıdır.

Mənbə: anews.az

Xəbər lenti

"Brent" bahalaşıb