Litva Prezidenti İlham Əliyevi təbrik edib
Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
"Hörmətli cənab Prezident. İcazə verin, Sizi və bütün xalqınızı Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edim. Sizə və ölkənizə davamlı rifah, sülh və təhlükəsizlik arzulayıram.
Litva ilə Azərbaycanı uzunmüddətli dostluq münasibətləri birləşdirir. Qarşılıqlı faydalı sahələrdə ikitərəfli dialoqumuzu ardıcıl şəkildə gücləndirməyə sadiqik. Əminəm ki, siyasi, iqtisadi və mədəni əlaqələrimizin daha da inkişaf etdirilməsi ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirəcək və xalqlarımıza fayda verəcək.
Qəti şəkildə inanıram ki, ortaq tarixi təcrübələrlə, suverenliyə və azadlığa birgə hörmətlə çoxtərəfli səviyyədə uğurlu əməkdaşlığımızı davam etdirəcəyik. Şübhəsiz ki, Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı etimada və konstruktiv tərəfdaşlığa əsaslanan dialoq daha da güclənəcək və xalqlarımızın rifahına töhfə verəcək.
Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərdə müsbət dinamika dialoqa və sülhə möhkəm sadiqliyinizi nümayiş etdirir. Bu prosesin davam etdirilməsi Cənubi Qafqaz regionunun təhlükəsizliyi və rifahı ilə yanaşı, regionun hüdudlarından kənarda sülhə də mühüm töhfə verir.
Cənab Prezident, milli bayramınız münasibətilə Sizi və xalqınızı bir daha təbrik edirəm. Ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm"
Mənbə: anews.az