İlham Əliyev Donlad Trampa təşəkkür edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında ABŞ Prezidenti Donald Trampa təşəkkür edilib.
“Mənə xatirə hədiyyəsi kimi, şəxsi qeydiniz və xoş sözlərinizlə müşayiət olunan Azadlığa Dəstək Aktının 907-ci maddəsi üzrə istisnanın uzadılmasına dair memorandumu göndərdiyinizə görə Sizə səmimi təşəkkürümü bildirirəm.
Bu diqqətli və nəzakətli jesti yüksək qiymətləndirir və ona böyük ehtiramla yanaşıram”.
Mənbə: anews.az