Image

Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik edib

Nikaraqua Respublikasının həmprezidentləri Daniel Orteqa və Rosario Murilyo Azərbaycan Prezidenti İlham Əliyevi 28 May – Müstəqillik Günü münasibətilə təbrik ediblər.Bu barədə Azərbaycan Prezidentinə ünvanlanan təbrik məktubunda deyilir.

Məktubda qeyd olunub ki, Nikaraqua hökuməti və xalqı Azərbaycan xalqına və hökumətinə səmimi təbriklərini çatdırır, ölkənin suverenliyi, inkişafı və rifahı yolunda əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirir.

Həmprezidentlər Azərbaycan xalqının tarixini, ləyaqətini və vətənpərvərlik ruhunu vurğulayaraq, iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin qarşılıqlı hörmət prinsipi əsasında daha da inkişaf etdirilməsi niyyətini ifadə ediblər.

Məktubda həmçinin Prezident İlham Əliyevə və Azərbaycan xalqına davamlı sülh, tərəqqi və uğurlar arzulanıb.

Mənbə: anews.az

Xəbər lenti