ABŞ qoşunlarını bu ölkədən çıxarır
ABŞ rotasiya müddətini başa vuraraq Litvada yerləşən hərbi kontingentini geri çəkməyə başlayıb.Bu barədə LRT portalı xəbər yayıb.
Bildirilir ki, min nəfərdən çox ABŞ hərbçisi və hərbi texnika rotasiya müddətinin başa çatması ilə əlaqədar Litvadan çıxarılır.
Nəşrin məlumatına görə, Litva tərəfi əvvəlki kontingenti əvəz edəcək yeni ABŞ hərbi rotasiyasının qəbuluna hazırlaşır. Lakin növbəti yerləşdirmənin vaxtı və miqyası hələlik dəqiqləşməyib, çünki Vaşinqton Avropadakı hərbi mövcudluğunu yenidən qiymətləndirir.
Mənbə: anews.az