Image

AÇG-də 27 quyu şaxtası bərpa edilib, yeni quyular üçün əlavə potensial yaradılıb

Azəri-Çıraq-Günəşli (AÇG) yatağında bu günədək 27 quyu şaxtası bərpa olunub, onlardan 17-də isə dəniz dibi yönləndirici paz texnologiyası tətbiq edilib. Bu barədə yatağın qazma mühəndisi Fuad İbrahimov bildirilib.

"Yeni quyu şaxtalarının sayının məhdud olduğu dəniz yataqlarında tətbiq edilən dəniz dibi yönləndirici paz texnologiyası mexaniki baxımdan yararsız vəziyyətə düşmüş və ya əvvəllər tərk edilmiş quyu şaxtalarının bərpasına və yenidən istifadəsinə imkan yaradır. Bu yanaşma yeni şaxtaların qazılmasına ehtiyacı azaltmaqla yanaşı, yeni quyuların qazılması üçün əlavə çıxış imkanları yaradır. Bərpa edilən hər bir quyu şaxtası yeni quyuların qazılması və məhsuldar laylara çıxış imkanlarının artırılması baxımından əlavə potensial yaradır. Bu isə mövcud infrastrukturdan daha səmərəli istifadə edilməsinə və yatağın işlənməsinin optimallaşdırılmasına şərait yaradır", o vurğulayıb.

Aytac Zeynalova

Mənbə: anews.az

Xəbər lenti

Hövsanda qaz olmayacaq

Azərbaycan nefti ucuzlaşıb