Image

AÇG yatağında hasilat 4,6 milyard barreli ötüb, 200-dən çox aktiv quyu fəaliyyət göstərir

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yatağından bu günədək  4,6 milyard barreldən çox neft hasil edilib. Bunu  Yatağın idarə olunması mühəndisi Gülüstan Kərimova bildirib

O bildirib ki,  AÇG mürəkkəb geoloji quruluşa malik məhsuldar laylardan ibarətdir. İlkin mərhələdə hasilat əsasən Fasilə layından təmin olunub, sonrakı mərhələlərdə isə Balaxanı layı da işlənməyə cəlb edilib.

"Hazırda yataqda 7 stasionar dəniz platforması və 3 sualtı suvurma kollektoru fəaliyyət göstərir. AÇG-də neft hasilatına 1997-ci ildə başlanılıb. Layihənin ən yeni obyekti olan Azəri-Mərkəzi-Şərqi (ACE) platforması isə 2024-cü ildə istismara verilib. Yataqda lay təzyiqinin sabit saxlanılması və neftvermə əmsalının maksimuma çatdırılması məqsədilə su və qazın laylara vurulması texnologiyasından istifadə olunur. Hazırda AÇG üzrə 200-dən çox aktiv quyu fəaliyyət göstərir. Ümumilikdə isə yataqda 400-dən artıq quyu qazılıb",- o bildirib Aytac Zeynalova

Mənbə: anews.az

Xəbər lenti

Hövsanda qaz olmayacaq

Azərbaycan nefti ucuzlaşıb