Bitkoin 68 min dollardan aşağı düşüb, həftəlik itki 13%-ə çatıb
Bitcoin aprelin əvvəlindən bəri ilk dəfə 68 min ABŞ dolları səviyyəsindən aşağı enib.Kriptovalyuta hazırda 67 min dollar ətrafında ticarət olunur. Son bir həftədə bitkoinin qiyməti təxminən 13% azalıb.
Bazara təzyiq göstərən əsas amillər arasında Strategy şirkəti tərəfindən son 3,5 ildə ilk dəfə bitkoin satışının həyata keçirilməsi, spot ETF-lərdən rekord həcmdə vəsait çıxarılması və uzun müddətdir fəaliyyətsiz olan Mt. Gox ilə əlaqəli vəsaitlərin hərəkətə gəlməsi göstərilir.
Analitiklər qeyd edirlər ki, bu faktorların hər biri ayrıca götürüldükdə bazar üçün kritik risk yaratmasa da, onların eyni vaxta təsadüf etməsi investorların narahatlığını artırıb.
Gülnar Nazimqızı
Mənbə: anews.az