PAŞA Capital-ın xalis mənfəəti 59% artıb
PAŞA Capital investisiya şirkətinin 2025-ci ildə xalis mənfəəti əvvəlki illə müqayisədə 59% artaraq 3,5 milyon manata çatıb. Bu barədə şirkətin baş icraçı direktorunun müavini Elnur Fətullayev bildirib. Onun sözlərinə görə, şirkətin gəlirləri 2024-cü ildəki 8,4 milyon manatdan 2025-ci ildə 9,9 milyon manata yüksəlib.
"Xalis faiz gəlirləri 1,6 milyon manatdan 2,4 milyon manata çatıb. Haq və komissiya gəlirləri isə 6,3 milyon manat təşkil edib", - deyə o qeyd edib. Fətullayev bildirib ki, brokerlik, vasitəçilik və anderraytinq fəaliyyətindən əldə olunan gəlirlər komissiya gəlirlərinin əsas hissəsini formalaşdırıb. Brokerlik gəlirləri ümumi komissiya gəlirlərinin 70%-ni təşkil edib.
Onun sözlərinə görə, anderraytinq fəaliyyəti üzrə gəlirlər 1,8 milyon manata yüksəlib ki, bu da komissiya gəlirlərinin təxminən üçdə birinə bərabərdir. Şirkətin xalis mənfəət marjası 2025-ci ildə 25,3%, kapitalın gəlirliliyi (ROE) isə 14,5% təşkil edib. Fətullayev qeyd edib ki, PAŞA Capital-ın aktivləri 64,8 milyon manata çataraq ölkənin investisiya şirkətləri arasında ən yüksək göstərici olub. Eyni zamanda, öhdəliklər 1,6 milyon manat azalıb, kapital isə 18,7 milyon manata yüksəlib.
O əlavə edib ki, şirkətin maliyyə hesabatları beynəlxalq audit şirkəti EY tərəfindən audit olunub.
N.Təbrizli
Mənbə: anews.az