Image

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində iştirak edəcəyini təsdiqləyib.

Ukraynanın “İnterfaks-Ukrayna” agentliyinin məlumatına görə, Zelenski bunu iyunun 3-də keçirdiyi mətbuat konfransında jurnalistlərin tədbirdə iştirakı ilə bağlı sualını cavablandırarkən bildirib.

NATO sammitinin 2026-cı il iyulun 7-8-də Türkiyənin paytaxtı Ankarada keçirilməsi planlaşdırılır.

Mənbə: anews.az

Xəbər lenti