ABŞ-da zəlzələ olub
ABŞ-nin Oreqon ştatı sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin episentri Sakit okeanda, Pistol River yaşayış məntəqəsindən təxminən 159 kilometr cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.
İlkin məlumata əsasən, dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Mənbə: anews.az