İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib
İspaniyada may ayında müşahidə olunan anomal isti hava şəraiti ilə əlaqələndirilən ölüm hallarının sayı 101 nəfərə çatıb ki, bu da ölkədə bu ay üzrə qeydə alınmış ən yüksək göstəricidir.Bu barədə “El Mundo” qəzeti məlumat yayıb.
Bildirilib ki, yüksək temperatur səbəbindən ölənlərin əksəriyyəti ölkənin şimal bölgələrində qeydə alınıb.Mayın son həftəsində ölkənin bir sıra bölgələrində havanın temperaturu mövsüm normasını 10–15 dərəcə üstələyib. Nəşr bildirib ki, may ayında istidən ölənlərin sayı müşahidələrin aparıldığı dövr ərzində rekord həddə çatıb.
Mənbə: anews.az