Sahibə Qafarova Simonyanı Azərbaycana dəvət edib
Milli Məclisin sədri Sahibə Qafarova ermənistanlı həmkarı olan Alen Simonyanı Azərbaycana dəvət edib. Bu barədə Simonyan ölkəninin İctimai Televiziya kanalına müsahibəsində bildirib.
“Bir sirri açıqlaya bilərəm: bu yaxınlarda Azərbaycanda forum keçirildi və azərbaycanlı həmkarım məni Azərbaycana səfərə dəvət etdi. Lakin təəssüf ki, seçkiqabağı təşviqat kampaniyası səbəbindən forumun işində iştirakdan imtina etdim”, – Simonyan qeyd edib.
O əlavə edib ki, siyasətçilər sülh üçün məsuliyyət daşımalıdırlar.
Bundan əvvəl Simonyan bir neçə dəfə çıxışlarında bildirib ki, Azərbaycandan dəvət alacağı təqdirdə ölkəyə səfər edəcək.
Hazırda Azərbaycan və Ermənistan arasında sülh istiqamətində danışıqlar prosesi davam edir.
Gülnar Nazimqızı
Mənbə: anews.az