Image

Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yaxşı olub - Putin

Rusiyanın Azərbaycanla həmişə yaxşı münasibətləri olub. Bunu Rusiya Prezidenti Vladimir Putin aparıcı beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.

"Mən Azərbaycanla Rusiya arasında münasibətləri yaxşı hesab edirəm. Həm siyasi, həm də iqtisadi baxımdan həmişə yaxşı münasibətlərimiz olub. Prezident İlham Əliyev bu müqaviləyə konkret məzmun vermək üçün çox səy göstərir. Azərbaycan iqtisadiyyatına 10 milyard rubldan çox Rusiya investisiyası yatırılıb. Humanitar məsələlərdə sıx əməkdaşlığımız var. Rusiyada çox sayda Azərbaycan vətəndaşı işləyir", - deyə Rusiya lideri bildirib.

Putin həmçinin Rusiya humanitar yardımının İrana göndərilməsində göstərdiyi köməyə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Mənbə: anews.az

Xəbər lenti