Image

NYMEX birjasında təbii qaz bahalaşıb

NYMEX birjasında təbii qaz bahalaşıb

Nyu-York Əmtəə Birjasında (NYMEX) təbii qazın fyuçers qiymətləri yüksəlib.

İyul ayı üzrə təbii qaz müqavilələrinin dəyəri 3,8% artaraq hər milyon Britaniya istilik vahidi (MMBtu) üçün 3,352 dollara çatıb.

Qiymət artımına ABŞ-da havaların daha isti keçəcəyi ilə bağlı proqnozlar təsir göstərib. Bu isə kondisionerlərdən istifadənin artması nəticəsində elektrik enerjisinə və təbii qaza tələbatı yüksəldə bilər.

Bundan əlavə, ABŞ-da təbii qaz ehtiyatlarının gözləniləndən daha zəif artması da bazarda qiymətlərin yüksəlməsinə dəstək verən amillərdən biri olub.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb