Qızıl və gümüş yenidən ucuzlaşıb
Dünya əmtəə bazarlarında qızıl və gümüşün qiyməti yenidən aşağı düşüb.
COMEX birjasında qızıl fyuçerslərinin dəyəri son günlər müşahidə olunan eniş tendensiyasını davam etdirib. ABŞ dollarının möhkəmlənməsi və ABŞ-da pul-kredit siyasətinin gələcəyi ilə bağlı gözləntilər fonunda gümüş də ucuzlaşıb.
Analitiklərin fikrincə, ABŞ-da faiz dərəcələrinin artırılması ehtimalı və Yaxın Şərqdə davam edən geosiyasi qeyri-müəyyənlik qiymətli metallar bazarına təzyiq göstərir.
N.Təbrizli
Mənbə: anews.az