Image

Deputat: Trampın məktubu Azərbaycan-ABŞ münasibətlərində əməkdaşlığın göstəricisidir

Son günlər bir sıra beynəlxalq siyasi liderlərin Prezident İlham Əliyevə ünvanladıqları mesajlar ölkənin beynəlxalq mövqeyinə dəstəyin göstəricisidir. Bunu deputat Səməd Seyidov deyib. 

Seyidovun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın İlham Əliyevə göndərdiyi və Azadlığa Dəstək Aktının 907-ci düzəlişi üzrə istisnanın uzadılması ilə bağlı memorandumu əhatə edən məktub Azərbaycan–ABŞ münasibətlərinin inkişafı baxımından əhəmiyyət daşıyır.

“Bu, Azərbaycana verilən dəstəyin göstəricisidir və ABŞ-la münasibətlərimizi yeni səviyyəyə qaldırır”, – Seyidov bildirib.

Deputat qeyd edib ki, Bakı ilə Vaşinqton arasında strateji əməkdaşlığın genişlənməsi region üçün yeni imkanlar yarada bilər.

907-ci düzəliş ABŞ-ın Azadlığa Dəstək Aktının bir hissəsidir və ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını məhdudlaşdırır. ABŞ prezidentləri son illərdə müxtəlif dövrlərdə bu məhdudiyyətə istisna tətbiq ediblər.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb