Image

Bu il dövlət büdcəsinə 8 milyard manata yaxın vergi daxil olub

2026-cı ilin yanvar-mayında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 825,3 milyon manatdan çox vergi daxil olub, bu göstərici proqnoza nisbətən 130,3 milyon manat çoxdur.

 Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

 Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 6 milyard 187,7 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 109,7 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 471,5 milyon manat və ya 8,2 faiz artıb.

Aytac

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb