Tramp Ağ Evdə süni intellekt şirkətlərinin rəhbərləri ilə görüşəcək
ABŞ Prezidenti Donald Trump yaxın günlərdə Ağ Evdə aparıcı süni intellekt şirkətlərinin rəhbərləri ilə görüş keçirəcəyini açıqlayıb.Bu barədə o, Viskonsin ştatına səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.
Tramp qeyd edib ki, görüşün gələn həftə baş tutması gözlənilir və tədbirdə yalnız iri texnologiya şirkətlərinin nümayəndələri iştirak edəcəklər.
“Bu şirkətlərin hamısı ilə çox yaxın zamanda görüşüm planlaşdırılıb. Onların hamısı Ağ Evə gələcək. Yəqin ki, gələn həftə”, – ABŞ prezidenti deyib.
Onun sözlərinə görə, müzakirələrin əsas mövzularından biri hökumətlə özəl sektor arasında süni intellekt sahəsində əməkdaşlığın perspektivləri olacaq.
Görüşün digər detalları açıqlanmayıb.
Mənbə: anews.az