Apreldə çiyələk ixracı 5 dəfə artıb
Bu ilin aprel ayında Azərbaycandan xarici bazarlara 11.1 milyon ABŞ dolları dəyərində çiyələk ixrac edilib.Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi xəbər verir.
Dövr ərzində ixrac olunan məhsulun dəyəri ötən ilin aprel ayı ilə müqayisədə 5 dəfə artıb.Ötən ilin eyni dövründə 2.2 milyon ABŞ dollarlıq çiyələk ixrac edilmişdi.
Mənbə: anews.az