Aİ səfiri: Tərəfdaşlıq Prioritetləri bu il təsdiqlənə bilər
Avropa İttifaqı (Aİ) Azərbaycanla "Tərəfdaşlıq Prioritetləri" sənədinin bu ilin sonuna qədər təsdiqlənəcəyini gözləyir. Bunu Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç bildirib
Onun sözlərinə görə, tərəflər sənədin mətninin ilkin razılaşdırılması mərhələsini başa çatdırıblar və yeni ikitərəfli saziş üzrə danışıqları rəsmi şəkildə yenidən başladıb.
Səfir bildirib ki, sənəd növbəti mərhələdə Brüsselə təqdim olunacaq və burada onun təsdiqi ilə bağlı prosedurlar həyata keçiriləcək: "Bu proses müəyyən vaxt tələb etsə də, məqsədimiz bütün prosedurları ilin sonunadək yekunlaşdırmaqdır".
Mariyana Kuyundziç qeyd edib ki, tərəfdaşlıq və əməkdaşlıq sazişi üzrə müzakirələr artıq davam edir. O vurğulayıb ki, söhbət həcmi böyük və razılaşdırılması vaxt aparan çərçivə sənədindən gedir: "Hər bir çərçivə sazişində olduğu kimi, burada da normal danışıqlar prosesi aparılır".
Aytac
Mənbə: anews.az