Hindistana məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb
Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “An-32” hərbi nəqliyyat təyyarəsi “Corhat” aviabazasına eniş zamanı qəzaya uğrayıb.Bu barədə “The Times of India” Hindistan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb .
Nazirlik nümayəndəsinin bildirdiyinə görə, təyyarə eniş zamanı qəzaya düşüb və hazırda hadisə nəticəsində dəyən ziyanın miqyası qiymətləndirilir.
Məlumata əsasən, qəza sonrası ərazidə yanğın baş verib və onun söndürülməsi istiqamətində işlər aparılır. Hadisənin səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.
Qəza nəticəsində insan tələfatı barədə məlumat yoxdur.
Mənbə: anews.az