Image

AMB yaşıl maliyyə islahatlarını genişləndirir

Azərbaycan Mərkəzi Bankı dayanıqlı və yaşıl maliyyələşmənin inkişafı istiqamətində tədbirləri genişləndirir, tənzimləməni gücləndirir və maliyyə institutlarının fəaliyyətinə iqlim və ESG risklərinin inteqrasiyasını təşviq edir. Bunu AMB-nin İcraçı direktoru Şahin Mahmudzadə bildirib. İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində təşkil olunan Dayanıqlı İnkişaf Məqsədləri dialoqunda çıxış edən Mahmudzadə qeyd edib ki, Mərkəzi Bank 2023-cü ildə Dayanıqlı Maliyyə Yol Xəritəsini qəbul edib. Onun sözlərinə görə, sənəd dörd əsas istiqaməti əhatə edir: maliyyə institutlarının potensialının artırılması, normativ boşluqların aradan qaldırılması, ESG risklərinin risk idarəetmə sistemlərinə inteqrasiyası və bazar intizamının gücləndirilməsi. Mahmudzadə bildirib ki, Azərbaycan maliyyə bazarını beynəlxalq standartlara uyğunlaşdırmaq və yaşıl investisiyaları cəlb etmək məqsədilə Milli Yaşıl Maliyyə Taksonomiyasını hazırlayıb. O əlavə edib ki, Mərkəzi Bank ESG prinsiplərini və iqlim risklərinin idarə olunması üzrə tövsiyələri tətbiq edib, apreldə qəbul edilmiş dəyişikliklərlə isə prudensial və korporativ idarəetmə tələblərinə ESG elementləri daxil edilib.  

Aytac Zeynalova

Mənbə: anews.az

Xəbər lenti